Məşhur türkiyəli aktyor həbs oluna bilər

Tanınmış türkiyəli aktyor İlyas Salman 2 ilə qədər həbs oluna bilər.

Metbuat.az xəbər verir ki, bununla bağlı İstanbul Baş Prokurorluğunda məhkəmə iddiası qaldırılıb.

Aktyor ötən il yanvarın 25-də sosial şəbəkə üzərindən etdiyi paylaşımda “türk millətini alçaltma”da ittiham olunur. İddianamədə aktyora sosial şəbəkədəki paylaşımında türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlətdiyi, buna görə altı aydan iki ilə qədər həbs cəzası tələb edilir. Aktyorun mart ayında Anadolu Məhkəməsində mühakimə olunacağı bildirilir.

Qeyd edək ki, İlyas Salman məşhur "Hababam sinfi" filmində Mehmet obrazı ilə tanınıb. “Yeşilçam”ın yaşayan əfsanələrindən sayılan aktyor sonuncu dəfə 2012-ci ildə “Lal gecə” filmində baş rola çəkilib. O, uzun illərdir fəaliyyətini teatr sahəsində davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR