Ermənistanda respondentlərin 10,6 faizi azərbaycanlı olub -

“Gallup International Association” tədqiqat şirkətinin rəsmi nümayəndəsi olan “MPG LLC” şirkəti 2021-ci ilin sonunda Ermənistanda sorğu keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı erməni politoloq Qaqik Ambaryan öz rəsmi Feysbuk hesabında paylaşıb.

Sorğuda yer alan suallardan biri belə olub: “Gorus-Qafan, Qafan-Çakaten avtomobil yollarında Azərbaycan tərəfindən nəzarət-keçid məntəqələrinin quraşdırılmasına münasibətiniz necədir?”

Qaqik Ambaryan vurğulayıb ki, respondentlərin 3%-i sözügedən məsələyə müsbət yanaşdığını bildirib, 7,6% isə bu suala cavab verməkdə çətinlik çəkib.

“Heç bir normal erməni bu məsələni müsbət qiymətləndirməz və yaxud bu suala cavab verməkdə çətinlik çəkməz. Belə çıxır ki, bu sorğuda iştirak edənlərin 10,6%-i azərbaycanlı olub. Bu Nikol Paşinyanın anti-erməni siyasətini dəstəkləyən beşinci kolondur”, - deyə erməni pilotoloq qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR