"Barselona"nın qapıçısı klubdan getmək istəyir

İspaniya "Barselona"sının qapıçısı Neto klubdan ayrılmaq istəyir.

Metbuat.az xəbər verir ki, 33 yaşlı qolkiper bu barədə Kataloniya təmsilçisinin rəhbərliyini məlumatlandırıb.

Müntəzəm oyun praktikasının olmamasından narazı qalan braziliyalı oyunçu karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Neto "Barselona"nın "Flamenqo"dan gələn təklifi qəbul etməsini istəyib.

Qeyd edək ki, Neto cari mövsüm İspaniya La Liqasında 2 oyuna çıxıb və 3 qol buraxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR