Ronaldo koronavirusa yoluxdu

Braziliya millisinin sabiq üzvü Ronaldo koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, 45 yaşlı keçmiş hücumçunun bu səhər verdiyi COVİD-19 testinin nəticəsi pozitiv olub. Bu barədə Ronaldonun sahibi olduğu "Kruzeyro" klubunun tvitter səhifəsi məlumat yayıb.

Ronaldoda infeksiyanın yüngül simptomlarının olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR