Bakıda market və köşkdən oğurluq edilib

Bakıda market və köşkdən oğurluq edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki digər bir köşkdən 3000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR