"Omicron"un ağ ciyərlərə təsiri bəlli oldu

Koronavirusun dünyaya sürətlə yayılan "omicron" ştamının ağ ciyərlərə təsiri açıqlanıb.

Metbuat.az xəbər verir ki, ayrı-ayrı ölkələrdə aparılan araşdırmaların nəticələrinə görə, bu virus növünün daha çox boğazda çoxaldığı və ağciyərlərə az təsir etdiyi bəlli olub.

Tədqiqatçılar virusun boğaza daha çox təsirini nəzərə alaraq qeyd ediblər ki, "omicron"nun yoluxuculuğu buna görə sürətlidir.

Qeyd edək ki, yeni ştam 100-dən çox ölkədə aşkar edilib. Onların arasında qonşu ölkələrdən Türkiyə, İran və Gürcüstan da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR