BMT-dən 5 ölkənin birgə bəyanatına REAKSİYA

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid ABŞ, Çin, Böyük Britaniya və Fransa liderlərinin nüvə müharibəsinin qarşısının alınması ilə bağlı bəyanatını alqışlayıb.

Metbuat.az xəbər verir ki, bunu Baş Assambleya rəhbərinin sözçüsü Polina Kubiak deyib. “Nüvə silahlarının yayılmaması haqqında müqavilə, o cümlədən VI maddədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək, qarşılıqlı anlaşma və etimad yaratmaq, heç kimə fayda gətirməyən və hər kəsə təhlükə yaradan silahlanma yarışının qarşısını almağa çalışmaq doğru mesajdır”, – Kubiak qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR