İranda koronavirusa yoluxanların sayı 6,2 milyon nəfəri keçib

İranda ötən sutka ərzində 1 706 nəfər koronavirusa (COVID-19) yoluxub, 34 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.Bununla da İranda bu virusdan ölənlərin sayı 131 736 nəfərə, yoluxanların sayı isə 6 200 296 nəfərə çatıb. Virus daşıyıcılarından 2 471 nəfərin vəziyyəti ağır qiymətləndirilir.İranda indiyədək 6 044 247 nəfər koronavirusdan sağalıb, 42,3 milyondan çox diaqnoz testi həyata keçirilib.Ümumilikdə, İranda təxminən 121 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 8,75 milyon təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR