Qubaya yeni ilin ilk qarı yağıb - VİDEO

Ötən gün axşam saatlarından başlayaraq Qubada hava şəraiti kəskin dəyişib və bu gün səhər saatlarında rayona qar yağmağa başlayıb. Bu rayon ərasində yeni ilin ilk qarı hesab olunur.

Metbuat.az Real TV-yə istinadən xəbər verir ki, ən çox qar 12 sm olmaqla Qubanın Qrız kəndinə yağıb. Bundan başqa Buduq kəndində 10, Xınalıqda 7, Xatdan isə 6 sm qar müşahidə edilib. Qubanın rayon mərkəzində isə qarın qalınlığı 4 sm təşkil edib.

Əvvəlki günlərlə müqayisədə temperatur kəskin şəkildə aşağı enib. Hazırda Qubanın dağlıq ərazilərində 10 dərəcə şaxta müşahidə edilir.

Yeni ildə ilk qarın yağması ilə Qubanın ucqar kəndlərinə gedən avtomobil yollarında müəyyən çətinliklər yaranıb. Hətta bəzi sürücülər çətinlik yaranmasın deyə zənzirlərdən istifadə edirlər. Bu zənzirlər isə sürücülərin rahat şəkildə mənzil başına çatmasına köməklik göstərir.

Avtomobillərin hərəkətində yaranan çətinliyin aradan qaldırılması məqsədi ilə səhər saatlarından Quba 5 saylı Yol İstismarı MMC-nin canlı qüvvəsi və ağır texnikaları ərazilərə cəlb olunub. İdarədən verilən məlumata görə, hazırda həm rayonlararası həm də ucqar dağ kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. Həçminin ərazilərdə növbətçi texnikalar gecləşdirilmiş qaydada fəaliyyət göstərir. Sürücülər isə hesab edir ki, görülən tədbirlərə baxmayaraq buzlu yollarda diqqətli olmaq lazımdır. Xüsüsən avtomobilin şinləri qış fəslinə uyğun olmalıdır.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da gücləndirilmiş iş rejimə keçiblər. Quba rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşı Nail Əliyevin verdiyi məlumata görə, yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir. Həçminin yol polisi sürücülərə diqqətli olmağı, zərurət yaranmadıqca nəqliyyat vasitələrindən istifadə etməməyi tövsiyyə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR