PSJ-nin qapıçısı koronavirusa yoluxdu

İtaliya millisinin və Fransanın PSJ futbol klubunun qapıçısı Canluici Donnarumma koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.

Qapıcının təcrid olunduğu bildirilir. İspaniyalı futbolçu Xuan Bernatın koronavirus testi mənfi çıxıb və sabah məşqlərə davam edəcək.

Bu mövsüm 22 yaşlı Donnarumma PSJ-nin heyətində bütün yarışlarda 11 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR