Polisə yalan məlumat verən şəxs saxlanılıb ​​​​​​​

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR