Nümayişlər nəzarətdən çıxdı: Etirazçılar Tokayevin iqamətgahına soxulmağa cəhd edir -

Almatıda etiraz aksiyaları səngimir.

Metbuat.az “Sputnik Kazakistan”a istinadən xəbər verir ki, yüzlərlə nümayişçi prezident Qasım Jomart Tokayevin Almatıdakı iqamətgahına soxulmağa cəhd edir. Ətrafda dumanlar yüksəlib. İddialara görə, ərazidə atəş və səs qumbaralarının səsləri eşidilir. Bəzi mənbələr yazır ki, etirazçılar iqamətgahı ələ keçiriblər.

Qeyd edək ki, Qazaxıstanda qaz tariflərinin artması etirazlara səbəb olub. Qiymətlər endirilsə də, etirazlar səngimir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR