Fövqəladə vəziyyətin elan olunduğu Qazaxıstanın paytaxtı Nur Sultan şəhərinə giriş-çıxışlar nəzarətə götürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə prezident adminstrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, dövlət əhəmiyyətli binaların mühafizəsi gücləndirilib.
Qeyd edək ki, Nur Sultanda 5-19 yanvar tarixlərində saat 23:00-dan07:00-a qədər küçəyə çıxmaq qadağan edilib.