Koronavirusla bağlı müraciətlərin sayı AZALIB

“Yeni il gecəsi zəhərlənmə qeydə alınmayıb. Nəqliyyat hadisələri isə həmişəki kimi tək-tək baş verib”.

Metbuat.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

O bildirib ki, son günlər və bayram günlərindən sonra koronavirusla bağlı müraciətlərin sayınında azalma müşahidə olunur:

“Hətta vəziyyəti kəskin ağırlaşan koronavirus xəstələrinin sayında da azalma var. Pandemiya iki ildir davam edir və demək olar ki, əhali maariflənib. Özünü və ətrafdakıları qorumağa çalışılar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR