Sumqayıtda ticarət mərkəzindən 12 000 manatlıq ayaqqabı oğurlanıb

Sumqayıt şəhərində ticarət mərkəzlərindən birinin anbarından 12 000 manatlıq ayaqqabı oğurlanıb.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR