“Google” ildə nə qədər sorğu emal edir?

“Google” ildə nə qədər sorğu emal edir?
09:31 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Backchannel”in jurnalisti Stiven Levi deyib ki, “Google” axtarış sistemi gündəlik 3 milyarddan çox sorğu emal edir. Gündəlik 3 milyard sorğu aylıq 90 milyard və ya illik 1,1 trilyon sorğu deməkdir.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, amma 2012-ci ilin avqustunda “Google”un nümayəndələri aylıq 100 milyard və ya illik 1,2 trilyon sorğu haqda məlumat vermişdilər. 2013-cü ilin yekununa görə, şirkətin yaradıcılarının səhmdarlara illik ictimai müraciətində həminki göstərici səsləndirilib.
 
“Google” 2012-ci ildə məlumatları “Backchannel”a verdiyini təsdiqləyib və dəqiqləşdirib ki, bu məlumatlar əvvəlki kimi aktualdır.
 
Məlum olduğu kimi, “ComScore” tədqiqat agentliyinin analitikləri emal edilmiş axtarış sorğularının sayı ilə öz qiymətləndirməsini təqdim edir. 2012-ci ildə “ComScore” agentliyi aylıq 110 milyard axtarış sorğusu haqda məlumat verib ki, bu da “Google”un məlumatına çox yaxındır.
 
Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR