Azərbaycan millisi Avropa çempionatının hazırlıqlarına başlayıb

Futzal üzrə Azərbaycan millisi Niderlandda keçiriləcək Avropa çempionatının hazırlıqlarına başlayıb.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Bakı İdman Sarayında məşqlərə start verib.

Yığma üzvləri əsasən fiziki hazırlıqlara üstünlük verir. Avropa çempionatı üçün təlim-məşq toplanışı növbəti həftə start götürəcək. Fiziki hazırlıq məşqlərinə ölkə çempionatında çıxış edən futzalçılar qatılır. Legionerlər isə 2-3 gün ərzində Bakıda olacaqlar.

Bakıdakı hazırlıq prosesi yanvarın 16-dək davam edəcək. Həmin gün Belçikaya yola düşəcək milli yanvarin 17-də yerli yığma ilə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR