Qazaxıstanda maddi ziyanın həcmi açıqlandı

Qazaxıstanda iğtişaşlar zamanı vurulan maddi ziyanın həcmi açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu məbləğ 40 milyard təngə (90 milyon dollardan çox) təşkil edir. Hesablamalar barədə “Atameken” Milli Sahibkarlar Palatası məlumat yayıb. Təkcə Almatıda vurulan ziyanın məbləği 39,5 milyard təngədir (89,8 milyon dollar).

Eyni zamanda, “Atameken” qeyd edib ki, sahibkarların obyektlərə çıxışı olmadığından onların əksəriyyətinə dəyən ziyanı qiymətləndirmək hələlik mümkün deyil.

Hazırda Milli Sahibkarlar Palatası bütün regionlardakı biznes assosiasiyaları ilə birlikdə sahibkarlardan dəymiş ziyanın təxmini məbləği barədə məlumatların toplanması və zərərçəkmişlərin reyestrinin formalaşdırılması ilə məşğuldur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR