Boqdanoviç dünyasını dəyişdi

Dünya şöhrətli amerikalı rejissor, aktyor və prodüser Piter Boqdanoviç dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, 82 yaşlı sənətçi Los-Ancelesdəki evində vəfat edib. Ailəsi onun təbii səbəblərdən öldüyünü bildirib. Məlumata görə, Boqdanoviç təcili yardım gələnədək keçinib.

Qeyd edək ki, əfsanəvi “The Sopranos” serialındakı Elliot Kupferberq rolu ilə xatırlanan Boqdanoviç “The Last Picture Show”, “Paper Moon”, “What's Up, Doc?”, “Mask” filmlərinin rejissorudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR