Bakıda məktəbdə baş verən yanğın söndürülüb, şagirdlər təxliyə olunub -

Bakıda baş verən yanğın söndürülüb, şagirdlər təxliyə olunub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan otağın döşəməsi 4 m² sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


08:57

Bu gün səhər saatlarında Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Metbuat.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Qeyd edək ki, sözügedən təhsil ocağının köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-ci ildə 960 nəfərlik yeni məktəb binası tikilib.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR