Yazıçı-publisistin yeni kitabı işıq üzü görüb

12:28 30 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 may, Zərəngiz Mansurova, AZƏRTAC
Yazıçı-publisist Salatın Əhmədlinin “Soykökümüz, milli mənəvi mədəniyyətimiz, tariximiz...” adlı kitabı “UniPrint” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilib.
Müəllif AZƏRTAC-a bildirib ki, bu kitab həm də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “aybKitab” layihəsinin nəşridir. Layihənin rəhbəri AYB-in mətbuat katibi, şair-publisist Xəyal Rzadır.
Kitabda Azərbaycan xalqının mədəniyyət tarixi araşdırılıb, habelə ədəbiyyatşünas alim Elməddin Əlibəyzadənin yaradıcılığı geniş tədqiq edilib. Həcmi 511 səhifədən ibarət nəşrə ön sözü filologiya elmlər doktoru, professor Ramin Əhmədov yazıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yazichi_publisistin_yeni_kitabi_isiq_uzu_gorub-859357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR