36 cüdoçusumuz Antalyaya yollanır

Azərbaycanın cüdo üzrə qadın və kişilərdən ibarət milli komandaları Türkiyənin Antalya şəhərindəki beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Metbuat.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 - 14 yanvarda gerçəkləşəcək.

24 kişi və 12 qadın idmançı yanvarın 8-də Antalyaya yola düşəcək. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadınlardan ibarət komandaya isə baş məşqçi Rəşad Məmmədov başçılıq edəcək.

Toplanışa Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələr qatılacaq.

Xatırladaq ki, milli yanvarın 27-si Portuqaliyanın Odivelas şəhərinəki Qran Priyə və fevralın 3-də isə Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqəyə yollanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR