Üç nəfərlik yapon ailəsi üçün kompakt ev

Üç nəfərlik yapon ailəsi üçün kompakt ev
12:28 30 May 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, Ramiz Quliyev, AZƏRTAC
Yaponiyada yaşayış məskənlərindən birində 3 nəfərdən ibarət ailənin yaşayacağı ensiz ev tikilib.
AZƏRTAC xarici saytlara istinadla bildirir ki, ensiz torpaq sahəsində yerləşən kompakt evin layihəsini yerli “Another Apartment” studiyasının memarları işləyiblər.
Sahəsi 58 kvadratmetr olan ikimərtəbəli bina digər evlərin əhatəsindədir. Arxitektorlar binanı sahənin şimal hissəsində, girişi və pəncərələri isə evin cənub tərəfə baxan künc hissəsində yerləşdiriblər.
Beləliklə, evin ensiz fasadında pəncərə nəzərdə tutulmayıb. Mərtəbələr isə ağ rəngli vintvari pilləkənlərlə birləşir.
Birinci mərtəbədə qonaq otağı və mətbəx, ikincidə isə divarboyu pəncərələr quraşdırılan yataq otaqlarıdır.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uch_neferlik_yapon_ailesi_uchun_kompakt_ev-859355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR