Tokayev əmr verdi: Hamısını güllələyin

"Qazaxıstanın təhlükəsizlik qüvvələrinə terrorçulara xəbərdarlıq etmədən atəş açmaq əmrini vermişəm”.

Metbuat.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində belə deyib. O bildirib ki, terrorçuların aşkar edilməsi və zərərsizləşdirilməsi üçün xüussi təyinatlı dəstə qurulub. Dövlət başçısı terrorçuların hələ də silahdan istifadə etdiyini və ətrafa zərər vurduğunu ifadə edib.

“Terrorçularla danışıqlar aparmağımız barədə xarici ölkələrdən edilən çağırışlar axmaqlıqdır” - deyə prezident bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR