Borcu başından aşan "Barcelona" Filipp Koutinyonu icarəyə verdi

İspaniya "Barcelona"sı Filipp Koutinyonu İngiltərənin "Aston Villa"na icarəyə verib.

Metbuat.az xəbər verir ki, anlaşmaya əsasən, 29 yaşlı futbolçu tibbi müayinədən uğurla keçəcəyi halda, futbolçu ilə rəsmi müqavilə imzalanacaq. Filipp sezon sonunadək "Aston Villa"da oynayacaq.

İspaniya mətbuatının yazdığına görə, “Aston Villa” 488 milyon avro xalis borcu olan "Barcelona"a ilə anlaşmasında futbolçunu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malik olacaq.

Hazırda 29 yaşlı braziliyalı futbolçunun transfer qiyməti 18 milyon avrodur..

Qeyd edək ki, "Barcelona"nın Koutinyo ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Filipp Koutinyo indiyədək cəmi 106 matçda forma geyinib və 26 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR