Eddi İsrafilov iddialardan DANIŞDI:

"Müharibə zamanı və bitəndən sonra Azərbaycanı sosial şəbəkələrdə dəstəkləmişəm".

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycanca yaxşı danışa bilməməsi ilə əlaqələndirib: "3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram".

Təcrübəli oyunçu sosial şəbəkədəki paylaşımlarını da göstərib: "Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra - 10 noyabr 2020-ci ildə "Qələbə günün mübarək, Azərbaycan. Qarabağ - Azərbaycandır" paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, "Qarabağ - Azərbaycandır!"

İsrafilov anasının Vətən müharibəsi vaxtı neytral mövqeli müsahibə vermədiyini də iddia edib: "Bugünədək heç birinizə bu mövzu barədə danışmamışam. Anam barədə o məlumatı haradan götürmüsünüz? O videonu mənə göstərin. Yazılanlar birmənalı yalandır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR