Ermənilərin havası kəsilir

Ermənilərin havası kəsilir
11:31 30 May 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda yeganə qazanc mənbəyi olan konyak bazarı tamam çöküb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan kütləvi informasiya vasitələri yazıblar.

Yazılanlara görə, Ermənistada aparılan xüsusi araşdırma nəticəsində məlum olub ki, bu ilin yanvar-aprel ayları ərzində ermənilərin istehsal etdiyi konyaka olan təlabat 30 faizdən çox azalıb. Bu da 4 min litr konyak deməkdir. Hesablamalar zamanı daha bir maraqlı faktın üstü açılıb. Həmin aylar ərzində Ermənistanda Rusiya istehsalı olan arağa təlabat artıb. Hesablamalara görə, ötən illərə nisbətən bu il rus arağına 20 faiz, təqribi olaraq 2 min litr təlabat artıb. Mütəxəssslər bunu birinci növbədə dünyada gedən iqtisadi böhranla əlaqələndirirlər. Çünki, araq konyaka nisbətən daha ucuzdur.

Bəzi mütəxəssilər isə bunu elə ermənilərin özündə görür. Hesab edirlər ki, ermənilər konyakı əvvəlki kimi yaxşı hazırlamırlar. Guya onlar tez və daha ucuz məhsul əldə etmək istəyirlər. Lakin bu ermənilər üçün pis nəticələr verir.

Əgər nəzərə alsaq ki, Ermənistanın maddi durumu son dərəcə bərbad haldadır, o zaman, onların konyak ticarətində yaranmış böhranın necə ağır nəticələr verəcəyi aydın olur. Əgər bir müddət belə davam edərsə, Ermənistanda insanlar yeməyə heç nə tapmayacaqlar. Yeganə gəlir mənbəyi olan konyak alverinin iflasa uğraması qısa zaman kəsiyində, onsuz da boyunduruq altında yaşayan erməni xalqının acından qırılması ilə nəticələnə bilər. Görünür bu vəziyyət ya Ermənistan rəhbərliyinin gözündən yayınıb, yaxud da, onlar erməni xalqının düşmənidir. Əgər belə olmasaydı, Ermənistan rəhbərliyi paytaxt İrəvanı belə dolandırmaq gücünə malik olmayan Ermənistan iqtisadiyyatı ilə həm güclü ordu yaratmaq, həm də Qarabağ sevdasından vaz keçərdi. Çünki onların iqtisadi böhrandan çıxış yolu Bakı ilə razılığa gəlmək, bununla da Türkiyə ilə iqtisadi əlaqələri bərpa etməkdir. Bakı və Ankara ilə əlaqələri genişləndirmək Ermənistana daha çox xeyir verərdi, nəinki Rusiyanın çaldığı hava ilə oynamaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=347844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR