"Qarabağ" gürcüstanlı qapıçı ilə müqavilə bağlayıb -

22 yaşlı gənc qolkiper Luka Quqeşaşvili "Qarabağ"a gələcək.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın goal.ge nəşri məlumat yayıb. Nəşrin məlumatında qeyd olunub ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ağdam təmsilçisi bununla bağlı hər hansı bir məlumat yaymayıb.

Luka Quqeşaşvili ən son “Yagelloniya”nın qapıçısı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR