Şəkidə üzlüklər sökülür

Şəkidə üzlüklər sökülür
12:32 30 May 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

"Kanal S" (Region TV)  xəbər verir ki,  paytaxda baş verən yanğından sonra dövlət başçısının tapşırığı ilə ölkə ərazisində tezalışan materiallarla üzlənən binaların fasadlarının sökülməsinə başlanılıb. Şəki memarlıq şöbəsindən verilən məlumata əsasən, Şəkidə belə üzlüklü 5 bina var. Bunlardan sadəcə Olimpiya meydanındakı 120-ci kvartalda yerləşən Əlillər üçün tikilən binanın üzlüyünün tezalışan maddədən olduğu dəqiqləşib və üzlüklərin sokülməsinə start verilib. Digər 4 bina  Şəki Dövlət Dram Teatrı,  Mərkəzi Xəstəxananın poliklinika şöbəsinin, Sarıca polis bölməsinin binası və İmtahan qeydiyyat bölməsinin binasıdır. Bu binaların üzlükləri ekspertiza üçün Bakıya gondərilib. Əgər üzlüklərin tezalışan maddədən olduğu təsdiqlənərsə, adıçəkilən binalarda da söküntü işləri aparılacaq.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/347337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR