Türkiyədə azərbaycanlılar arasında DAVA:

Türkiyənin İstanbul şəhərinin Nişantaşı səmtində azərbaycanlılar arasında dava olub.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, gözəllik mərkəzində estetik əməliyyat etdirən Azərbaycan vətəndaşı M.İ. ilə mərkəzin işçiləri arasında dava olub.

M.İ bir müddət öncə mərkəzdə çənə sivriləşdirmə əməliyyatı keçirib. Proseduru bəyənməyən M.İ. yenidən mərkəzə gələrək, azərbaycanlı F.D. və S.D. ilə mübahisə etməyə başlayıb. Onların mübahisəsi davaya çevrilib.

Məlumatda qeyd olunub ki, dava əsnasında M.İ. pəncərəyə çıxaraq, “Məni girov götürüblər, öldürəcəklər”, - deyə bağırıb və vəziyyəti görən vətəndaşlar polisə xəbər veriblər.

Polislərin müdaxiləsi ilə onlar polis bölməsinə aparılıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR