1056 nəfər məzunun yalnız 63-ü fərqləndi

12:33 30 May 2015
94 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Azərbaycan Tibb Universitetini (ATU) bitirən 1056 nəfər məzunun 63-ü məktəbi fərqlənmə diplomu ilə başa vurub.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il Azərbaycan Tibb Universitetini 1056 nəfər məzun bitirir. Onlardan 127 nəfəri xarici ölkə vətəndaşıdır. Bu il 62 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər xarici vətəndaş isə ATU-nu fərqlənmə diplomu ilə bitirib. Onlardan 13 nəfəri Prezident təqaüdçüsüdür.

Bu il ATU-nu bitirən 1056 nəfər məzundan 53 nəfəri əczaçı-bakalavr, 8 nəfəri əczaçı-magistrdır. 957 nəfəri həkimdir, onlardan da 82 nəfəri ATU-nun Hərbi-tibb fakültəsini bitirmiş hərbi həkimlərdir. Builki məzunlar arasında 38 nəfər hərbi-feldşer də var. Hazırda ATU-da 671 nəfər xarici ölkə vətəndaşı təhsil alır. Onlar 19 xarici ölkəni təmsil edirlər.

Universitetin hazırlıq kursunda 165 müdavim təhsil alır. Onlardan 127 nəfəri xarici ölkə vətəndaşı, 62 nəfər Azərbaycan vətəndaşıdır. Məzunların 13-ü Prezident təqaüdçüsüdür.

Universitetin rektoru Əhliman Əmiraslanov “Məzun günü”ndə çıxış edərkən deyib ki, builki buraxılış ATU-nun sayca 89-cu buraxılışıdır. Bu il həm də Azərbaycan Tibb Universitetinin yaranmasnın 85 illiyidir. Azərbaycanda ali tibb təhsilinin tədrisinə başlanmasının isə bu il 96-cı ildönümüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2400610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR