Nursultan Nazarbayev xalqa çağırış etdi

"Elbası hər kəsi Qazaxıstan Prezidenti ətrafında sıx birləşməyə çağırıb”.

Metbuat.az xəbər verir ki, bunu ölkənin birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay söyləyib.

"Elbası hazırda Nur-Sultandadır. Xahiş edirəm yalan və spekulyativ məlumatlar yaymayın. Elbası bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - o vurğulayıb.

Məlumatda həmçinin bildirilib ki, Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR