ABŞ-ın Texas ştatında kiçik təyyarə qəzaya uğrayıb, üç nəfər həlak olub

ABŞ-ın Texas ştatında kiçik təyyarə qəzaya uğrayıb, üç nəfər həlak olub
12:33 30 May 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Mayın 29-da ABŞ-ın Texas ştatının şimal hissəsində, Pleynvyu şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hökumət hadisə zamanı təyyarənin göyərtəsində olan 3 nəfərin həyatını itirdiyini bildirib.
İlkin məlumata görə, təyyarə Texas ştatının Heyl dairəsindəki aeroportdan havaya qalxıb və bundan bir qədər sonra hündürlüyü itirməyə başlayıb. Çox keçmədən hava limanının ərazisinə düşərək alovlanıb.
ABŞ-ın Federal Aviasiya İdarəsinin əməkdaşları insidentlə bağlı araşdırmalara başlayıb. Həlak olanların şəxsiyyəti barədə məlumatlar açıqlanmır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_Texas_statinda_kichik_teyyare_qezaya_ugrayib_uch_nefer_helak_olub-859360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR