Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlərin danışığı zamanı Qazaxıstandakı vəziyyət müzakirə olunub. Tokayev bildirib ki, hazırda vəziyyət sabitləşməyə doğru gedir.
Tokayev yaxın günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının videokonfransın keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Tərəflər görülən tədbirlərlə bağlı fikir mübadiləsi aparıb.