“Barselona”dan yeni transfer

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Fabio Blanko Qomes “Barselona”ya transfer olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onun Kataloniya klubu ilə müqavilə imzaladığı bildirilib. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Qomes 2021-ci ilin iyulundan “Ayntraxt”da çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR