Mingəçevir sakini dəm qazından zəhərləndi

Mingəçevir sakini dəm qazından zəhərlənib

Metbuat.az xəbər verir ki, hadisə Günəşli bağlar yaşayış massivi, 10-cu küçədə baş verib.
1964-cü il təvəllüdlü şəhər sakini Mustafayeva İbadət Məhəmməd qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

O təcili xəstəxanaya yerləşdirilib. Durumu ağır olaraq qiymətləndirilir.

Yaxınları onun huşsuz vəziyyətdə 2 saat hamamda köməksiz qaldığını deyiblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR