Pakistanda TƏBİİ FƏLAKƏT:

Pakistanın şimalında çovğun səbəbilə yaranan tıxac nəticəsində azı 21 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhmədin sözlərinə görə, güclü qar yağan zaman 1000-ə yaxın avtomobil magistral yolda qalıb.

Polisin məlumatına görə, altı nəfər avtomobillərində donaraq ölüb, digər qurbanların ölüm şəraiti hələ də dəqiqləşdirilir.

Egzoz qazı zəhərlənməsi mümkün ölüm səbəbi kimi qəbul edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR