İki yaşlı Məhəmmədi oğurlamaqda şübhəli bilinənlərin -

Dekabrın 29-da oğurlanan və bu gün tapılan 2 yaşlı Məhəmmədi oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar.

Metbuat.az xəbər verir ki, Gültəkin Muradova və Şamil Əliyevin fotolarını təqdim edir:

Qeyd edək ki, bir neçə gün öncə uşağın anası Reyhan Şıxəliyeva efirə çıxaraq uşağın bir qadın tərəfindən aparıldığını iddia etmişdi.

Məhəmmədin anası həmin qadını tanımadığını bildirmişdi:

“5 övladım var. Həyat yoldaşım fəhlə işləyərək ailəni dolandırır. Məhəmməd evimizin ən balacasıdır. Uşaqlar deyirdi ki, oğlumu bir qadın gəlib aparıb. Ərazidə olan kameraya da həmin qadının görüntüləri düşüb, üzündə maska var. Həmin yerə gəlib, amma uşağı götürüb aparması görüntüyə düşməyib. Mən o qadını tanımıram, evimizə necə gəldiyini də bilmirəm. Heç kimə borcumuz da yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR