"Omikron" ştamı Ermənistana da çatdı

Ermənistanda koronavirusun "omikron" ştamına iki yoluxma halı aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəz məlumat yayıb.

"Koronavirus xəstələri Ermənistana gəldikdən sonra epidemioloji müayinədən keçib, onlarda "omikron" ştamı müəyyən edilib. Hər ikisi ev şəraitində müalicə alırlar”, - mərkəz bildirilib.

Ermənistanda Səhiyyə Nazirliyinin məlumatına görə, bugünədək koronavirusa 345 713 yoluxma faktı təsdiqlənib, 7 999 nəfər ölüb. Pandemiya ilə mübarizə çərçivəsində ölkədə 2022-ci il iyunun 20-dək karantin elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR