Şəhid olan türk hərbçilərinin qisasını aldı

Türkiyənin Milli Müdafiə Nazirliyi Şanlıurfa vilayətinin Akçakale rayonunda 3 hərbçinin ötən gün şəhid olmasından sonra PKK/YPG mövqelərinə güclü artilleriya zərbələrinin endirilməsi nəticəsində 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, nazirliyin açıqlamasında şəhidlərin qanının yerdə qalmadığı, bölgədə antiterror əməliyyatlarının davam etdirildiyi bildirilib.

Xatırladaq ki, ötən gün Akçakale rayonunda terrorçuların əvvəlcədən quraşdırdıqları əldədüzəltmə bombanın partlaması nəticəsində Türkiyə ordusunun üç hərbçisi şəhid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR