Bakıda havanın temperaturu nisbətən enəcək

Bakıda havanın temperaturu nisbətən enəcək
12:38 30 May 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İlhamə İsabalayeva/

İyunun ilk günündə Bakıda və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Bununla əlaqədar havanın temperaturu da ötən günlərlə müqayisədə bir qədər enərək gündüz saatlarında 25-30 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 31-də hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2400613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR