“Bədənimi nümayiş etdirməkdən qorxmuram”

“Bədənimi nümayiş etdirməkdən qorxmuram”
11:41 30 May 2015
Ölkə mətbuatı
A- A+

Rusiyalı model İrina Şeyk plastik əməliyyata inanmadığını deyib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 29 yaşlı model özünəinam sayəsində bütün qızların istənilən çəkidə gözəl görünə biləcəyini söyləyib:

“Mən plastik əməliyyata inanmıram. Hər bir xanım öz bədənini sevməlidir. Mən fotosessiyalar zamanı həmişə öz-özümə təkrar edirəm:

“Mən bədənimi sevirəm və onu nümayiş etdirməkdən qorxmuram”. İstənilən çəkilişdə çimərlik geyimində yaxşı hiss etmək üçün ən birinci özünüzü sevməlisiniz”.

İrina geyimlərə çox pul xərcləməyin tərəfdarı olmadığını deyib:

“Daha çox klassik geyimlərə üstünlük verirəm. Çünki bu cür libaslar sənə illər sonra da lazım ola bilər. Ümumiyyətlə, mən qənaətcil olmağı sevirəm. Özümə makiyaj və saç düzümü etməyi isə qətiyyən xoşlamıram”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=31302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR