Ukraynanın təhlükəsizliyi olmadan Avropada təhlükəsizlik yoxdur -

“Ukraynaya qarşı istənilən aqresiya Rusiya üçün böyük nəticələrə və böyük xərclərə səbəb olacaq”.

Metbuat.az xəbər verir ki, bunu bloqunda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

Onun sözlərinə görə, Rusiya ilə dialoq Ukraynanın suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstək verməklə lazımdır.

“Biz öz yanaşmamızı transatlantik və digər həmfikir tərəfdaşlarla yaxından əlaqələndiririk. Ukraynanın təhlükəsizliyi olmadan Avropada təhlükəsizlik yoxdur”.

Qeyd edək ki, C. Borrell yanvarın 4-dən 6-dək Ukraynada səfərdə olub və bu səfər zamanı ilk dəfə olaraq Donbassdakı təmas xəttinə baş çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR