Palmalife Marina Hotel - arzularınızın həyata keçdiyi məkan - FOTO

Palmalife Marina Hotel - arzularınızın həyata keçdiyi məkan - FOTO
12:42 30 May 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

Əlbəttə, Türkiyədə otellər az deyil. Ancaq hər turizm mövsümündə istirahət etmək istəyənlərin qarşısında belə bir sual dayanır: hara gedək və hansı oteli seçək?

Türkiyədə lüks mehmanxana komplekslərini nəzərdən keçirsək, belə bir nəticəyə gəlmək olar ki, "Palmalife Marina" ən yaxşılardan biridir.

Bu otel 120 iddiaçının iştirak etdiyi "Luxury Lifestyle Awards" müsabiqəsinin qalibi olmaqla "Yaxın Şərqin ən lüks oteli" nominasiyasına layiq görülüb.

"Palmalife Marina" Türkiyənin ən populyar turizm bölgələrindən biri olan Bodrumda (Yalıkavak) yerləşən müasir oteldir.

"Luxury Lifestyle Awards"ın təsisçisi, elit otellərin mükafatlandırılması ilə məşğul olan Aleksandr Çetçikov Yaxın Şərqin mehmanxana biznesində yüksək sürətlə inkişaf edən region və bazar olduğunu qeyd edib.

"Best of luxury" nominasiyası üzrə mükafatlandırılma mərasimində "Palmalife Marina Hotel"ə rahatlıq və unikallığın rəmzi olan qızıl tac və xüsusi sertifikat təqdim edilib.

2011-ci ildə "Palmali Group" Yalıkavakda "Palmalife Marina Hotel"i əldə edib, orada yenidənqurma işləri apardıqdan sonra turizmə fərdi yanaşması ilə regionun taleyini dəyişib.

Türkiyənin ölkədə turizmin inkişafına böyük diqqət ayırdığını nəzərə alsaq, bu otelin bu sahədə xidmətlərinin az olmadığını deyə bilərik. Komfortu sayəsində otel yerli turistlərlə yanaşı, əcnəbiləri də cəlb edir.

"Palmalife Marina"da müasir memarlıq üslubu, son dərəcə zövqlü dizayn və gözəl təsir bağışlayan mənzərə görmək olar. Rahat otaqları "Palmalife Marina" otelini fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Türkiyənin bir çox dəniz sahili turizm yerlərində tropik landşafta rast gəlmək olar. Lakin palmalarla otelin terrasından birbaşa ayaq basacağınız ağ və təmiz qumlu çimərliyi yalnız "Palmalife Marina"da görmək olar.

Bir tərəfdən, dəniz və limana açılan əsrarəngiz mənzərə, digər tərəfdən, otelin otaqları və zalındakı sakitlik və rahatlıq, üçüncü bir tərəfdən, "Cipriani", "Nobu", "Billionaire" kimi brendlərin gözəl mətbəxi. Bundan necə imtina etmək olar?

Açıq havada olan ticarət mərkəzləri "Couture", "Philipp Plein", "Roberto Cavalli", "Versace" və "Missoni" kimi brendlərlə təmsil olunur. "Palmalife Marina"da müntəzəm şəkildə yüksək səviyyəli sərgilər keçirilir, burada 7D kinoteatr, xüsusi atraksionlar və uşaqlar üçün "Kids Paradise" akvaparkı fəaliyyət göstərir.

"Palmalife Wellness" spa-mərkəz, ənənəvi türk hamamı, sauna, mütəxəssislər tərəfindən hazırlanmış pəhriz, detoks və fitnes proqramları turistlərə sağlamlıqlarını bərpa etməyə və ideal formada qalmağa kömək edəcək. Buranı seçənlər gəmi və vertolyot meydançasının xidmətlərindən də istifadə edə bilərlər.

"Palmalife Marina" oteli dənizə baxan bir və iki yataqlı otaqlar təklif edir. Lüks otaqlar istirahət üçün lazım olan bütün əşyalarla təmin olunub.

Bir sözlə, otel seçimi zamanı çox fikirləşmək lazım deyil. "Palmalife Marina Hotel" - arzularınızın həyata keçdiyi məkandır.

Trend






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/347341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR