Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində paylaşım edilib:

“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR