Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar iməcilik keçirilib

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar iməcilik keçirilib
12:43 30 May 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mayın 30-da Yeni Suraxanı-Binə yolunun kənarında iməcilik keçirib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin 500-ə yaxın əməkdaşının, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi aksiyada 85 hektar sahədə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
Eyni zamanda, regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.
Hər il 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ETSN ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir. Məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları da cəlb etməkdir.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umumdunya_Atraf_Muhitin_Muhafizesi_Gunu_ile_elaqedar_imecilik_kechirilib-859361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR