Bu gün hücum əmri verilə bilər: 100 min hərbçi hazırdır -

2022-ci ilin ən gərgin həftələrindən birinin bu həftə olacağı proqnozlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu gün İsveçrədə ABŞ və Rusiyanın yüksək rütbəli diplomatları bir araya gələcək. “France-Presse” agentliyinin məlumatına görə, görüş zamanı prezident Vladimir Putinin tələb etdiyi “təhlükəsizlik zəmanəti” məsələsi və Ukrayna ətrafındakı vəziyyət müzakirə ediləcək. Bildirilir ki, danışıqların nəticəsindən asılı olaraq, Putinin Ukraynaya müdaxilə əmrini verib-verməyəcəyi dəqiqləşəcək.

Məlumata görə, diplomatlar şam yeməyində artıq bir araya gəliblər. Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov danışıqlardan ümidli olduğunu ifadə edib. Görüşdən əvvəl açıqlama verən ABŞ-ın Dövlət katibi Antoni Blinken isə bildirib ki, Rusiya Ukraynanın başına sərhəddə 100 min hərbçi ilə silah dayadığına görə, nəticə əldə etmək çox çətindir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR