Türkiyənin Sakaryanın şəhərinin Karasu rayonunda yaşayan Süleyman Dəmirçi maqnit adam kimi tanınır.
Metbuat.az xəbər verir ki, onun bədəninə yapışdırdığı metal qaşıqlar, sikkələr, saatlar, üzüklər yerə düşmədən bədənində qala bilir.
Süleyman Dəmirçi 2014-cü ildə siqaret yandırarkən alışqan sinəsinə düşərək bədəninə yapışıb:
"Siqaret yandırarkən alışqan düşüb bədənimə yapışdı. Bu xüsusiyyətimi o zaman kəşf etdim və bu, məndə bugünədək davam edir. Bədənimə gümüş, qızıl, şüşə, daş, sikkələr, metal qaşıqlar və bir çox müxtəlif materiallara yapışır. Bir dəfə cəhd etdim, bədənim 90 qaşıq tutdu".
Dəmirçinin dedikləri bununla da bitmir. O, bədəninə bağladığı 50 qaşıqla adını "Ginnesin Rekordlar Kitab"ına adını yazdıran Azərbaycan əsilli Etibar Elçeyə də meydan oxuyub.
"Azərbaycan əsilli Etibar Elçe 50 qaşıqla rekordlar kitabına düşüb. Onu ötmək üçün Karasuya dəvət edirəm. Gəlsinlər, canlı yayımda onlara süprizim var. Bu çox qəribədir. Mən bunu izah edə bilmərəm, qoy tibb izah etsin".
Xatırladaq ki, Azərbaycan əsilli Etibar Elçe 2011-ci ildə bədəninə yapışdırdığı 50 dəmir qaşıqla kanadalı Aaron Cayissiyenin 17 qaşıqlıq dünya rekordunu qırıb.
Etibar Elçe
Gülər Seymurqızı