Nardaranda usta və tanışları bağ evindən 5 min manatlıq oğurluq edib - VİDEO

Nardaran qəsəbəsində usta və onun tanışları bağ evindən 5 min manatlıq oğurluq ediblər.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən paytaxt sakinləri - Cavidan Namazov tanışları Tural Həşimoov və Nihat Əliyev tutulublar.

Araşdırma zamanı onların qeyd edilən bağ evindən ümumilikdə 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub.

Qeyd edək ki, saxlanılan şəxslərdən biri Cavidan Namazov hadisə baş verən evdə usta işləyib. Onun təklifi ilə dəstə üzvləri həmin mənzildən oğurluq ediblər.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

"Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR