Yunanıstanda futbol oyunları təxirə salındı

Yunanıstanda koronavirusa yoluxma halları artmağa davam edir.

Metbuat.az xəbər verir ki, 10 milyonluq əhalisi olan Yunanıstanda koronavirus səbəbindən futbol oyunları da təxirə salınıb. Belə ki, Yunanıstan Futbol Federasiyası tərəfindən Super Liqa və Super Liqa 2-nin oyunları bir müddət keçirilməyəcək.

Qeyd edək ki, ölkədə son sutkada 18 mindən çox insan virusa yoluxub, 66 nəfər ölüb. Bununla da, ölkədə COVID-19-a yoluxanların sayı 1 milyon 507 min 616 nəfərə, pandemiya qurbanlarının sayı isə 21 min 394 nəfərə çatıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR